ONN İnformasiya Agentliyi

Almaniyanın müdafiə naziri istefa verdi

Almaniyanın müdafiə naziri istefa verdi
16 Yanvar 2023 - 15:06

Kristine Lambrext AFR kansleri Olaf Şoltsdan onu Almaniyanın müdafiə naziri vəzifəsindən azad etməsini rəsmən xahiş edib.

ONN media xəbər verir ki, Lambrext açıqlamasında son aylarda mediada çox müzakirə edildiyini və bunun Bundesverin və ordunun ehtiyacları ilə bağlı müzakirələri arxa plana keçirdiyini bildirib.

“Bununla əlaqədar olaraq mən vəzifəmdən getmək qərarına gəldim”, – deyə nazir qeyd edib. Onun sözlərini Almaniyanın DPA agentliyi sitat gətirir.

Qeyd edək ki, Kristine Lambrext bir ildən artıqdır bu vəzifəni icra edirdi.

Müdafiə Nazirliyinə gəlməzdən əvvəl xanım Lambrext daha iki federal quruma rəhbərlik edib: Ədliyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi və Ailələr, Yaşlı vətəndaşlar, Qadınlar və Gənclər Nazirliyi.

Bu arada məhz bu həftə Almaniya hakimiyyət orqanlarından müdafiə sahəsində mühüm qərarlar gözlənilir: cümə günü Ramştayn bazasında Ukrayna tərəfdaşlarının görüşü keçiriləcək. Burada Kiyevi alman “Leopard 2” tankları da daxil omaqla ağır tanklarla təchiz etməyə hazır ölkələrin koalisiyası yaradılmalıdır. Bu tədbirdə Almaniyanı kimin təmsil edəcəyi hələ dəqiq deyil

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png