ONN İnformasiya Agentliyi

Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA – Bina mühasirəyə alındı

Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA – Bina mühasirəyə alındı
10 Yanvar 2018 - 20:23

Danimarkanın paytaxtı Kopenhagendə, ABŞ səfirliyinin binası yaxınlığında şübhəli əşya tapılıb. Hadisə yerinə polis və partlayıcı üzrə mütəxəssislər gəliblər. Onlar əşyanı yoxladıqdan sonra onun təhlükəsiz olduğunu bildiriblər.

ONN media xəbər verir ki, Yoxlamalar zamanı səfirliyin yerləşdiyi rayon və binanın özü dövrəyə alınıb. ABŞ-ın Danimarkadakı səfirliyi diplomatik nümayəndəliyin yanında şübhəli əşyanın aşkar edildiyini və polis tərəfindən zəruri əməliyyat aparıldığını “Facebook” səhifəsində təsdiq edib.

Əşyanın tapıldığı yer və şübhəli əşyanın özü yoxlanılandan bir müddət sonra Kopenhagen polisi də təsdiq edib ki, təhlükəli heç nə aşkar edilməyib. Sonra polislər ərazini tərk ediblər. (Azərtac)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png