ONN İnformasiya Agentliyi

Ankara-Bakı sərnişin qatarının qiyməti bəlli oldu

Ankara-Bakı sərnişin qatarının qiyməti bəlli oldu
08 May 2019 - 14:15

Ankara-Bakı istiqamətində hərəkət edəcək sərnişin qatarı avqust ayında fəaliyyətə başlayacaq.
 
ONN media xəbər verir ki, bu barədə Türkiyə Dəmir Yolları məlumat yayıb. Məlumatda bildirilib ki, Bakıdan çıxan qatar 40 saata Ankaraya çatacaq. 
 
“Çatma dövrünü əvvəlcə 38 saat hesablanmışdı. Lakin yük qatarlarında olan hərəkət saatını və gömrük keçidlərini də nəzərə alsaq, qatarın çatma vaxtı 40 saatdan bir qədər çox ola bilər. Vaqonların kateqoriyasından asılı olaraq qiymətlərin 350-800 TL (97-220 AZN) olması planlaşdırılır”. 
 
Qeyd edək ki, Bakı-Tiblisi-Qars istiqmaətində hərəkət edəcək sərnişin qatarları “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub. Mart ayında artıq 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png