ONN İnformasiya Agentliyi

Ankarada təhlükəli terrorçu həbs edildi

Ankarada təhlükəli terrorçu həbs edildi
27 Yanvar 2018 - 16:49

Konya polisi İŞİD-in İç Anadolu üzrə səlahiyyətli nümayəndəsi Ömər Akyeli Ankarada həbs edib.

ONN media Teleqraf.com-a istinadən xəbər verir ki, onunla əlaqəsi olan daha iki nəfər saxlanılsa da, sonradan onlar azadlığa buraxılıblar.

Məlumatda qeyd edilir ki, Konya polisi Ömər Aykelin izinə bir müddət əvvəl düşüb. Terrorçu daim polisin fiziki və texniki müşahidəsi altında olub.

Son dönəmlər isə sıx-sıx Ankara, Konya və Əskişəhərə gedib-gəlirmiş.

Polis onun terror təşkilatına tərəfdar cəlb etməsindən şübhələnib.

Son dəfə Ankaraya gedən Ömər Aykel burada terror törətmək niyyətində olub. Bundan xəbər tutan polis dərhal hərəkətə keçib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png