ONN İnformasiya Agentliyi

Ankaradan ABŞ-a SƏRT CAVAB: “Lazımi addımlar atılacaq”

Ankaradan ABŞ-a SƏRT CAVAB: “Lazımi addımlar atılacaq”
25 May 2018 - 16:26

Vaşinqton “F-35” beşinci nəsil qırıcılarını Ankaraya çatdırmaqdan imtina edərsə, Türkiyə ABŞ-a qarşı cavab addımları atacaq.

ONN media publika.az -a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

Qeyd edək ki, bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi “S-400” zenit-raket komplekslərinin alınmasına dair xüsusi məruzə hazırlanmadan “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasını bəyənmək imkanından müdafiə nazirini məhrum edir.

Türkiyə ABŞ-dan 100 ədəd “F-35” qırıcısını almağı planlaşdırırdı. Amerika qanunvericiləri tərəfindən təklif edilən təşəbbüs bu müqavilənin icrasına ciddi mane ola bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png