ONN İnformasiya Agentliyi

Arakanda 5 yeni kütləvi məzarlıq aşkar edildi

Arakanda 5 yeni kütləvi məzarlıq aşkar edildi
01 Fevral 2018 - 16:56

Myanmarın Arakan vilayətində müsəlmanlara qarşı həyata keçirilən qətliamı sübut edən 5 yeni kütləvi məzarlıq aşkar edilib.

ONN media xəbər verir ki, qaçqın düşərgələrində yaşayan qətliama şahid olanların ifadələri, peyk görüntüləri və mobil telefonla çəkilmiş video kadrlar üzərində aparılan incələmədən sonra Arakanın şimalındakı Buthidaung bölgəsinin Qu Dar Pyin kəndində 5 yeni kütləvi məzarlıq tapılıb.

Məzarlarda 75 nəfərin meyiti tapılıb. Qətliamdan xilas olan və qonşuların sözlərinə əsasən, kütləvi məzarlıqlarda ən azı 400 nəfər basdırılıb.

Şahidlər qeyd ediblər ki, Myanmar ordusunun əskərləri kəndə etdikləri basqın vaxtı kimə gəldi atəş açıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png