ONN İnformasiya Agentliyi

Aralıq dənizində 25 miqrant batdı

Aralıq dənizində 25 miqrant batdı
07 Yanvar 2018 - 9:19

Liviya sahillərində hava ilə doldurulmuş qayığın çevrilməsi nəticəsində azı 25 nəfər batıb. Gəminin digər sərnişinlərini xilas etmək mümkün olub. Qaçqınlar Aralıq dənizindən keçərək Avropaya getmək niyyətində olublar.

ONN media  xəbər verir ki, göyərtəsində 100-dən çox qaçqının olduğu qayıq neytral sularda çevrilib. Liviya sahil mühafizəsinin qəza baş verən əraziyə dərhal yollanmaq üçün lazımi vasitələri olmayıb. Faciəyə səbəb kimi hava şəraitinin pis olması göstərilib.

Miqrantların xilas edilməsi prosesində İtaliya sahil mühafizəsi iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png