ONN MEDİA

Artıq turistlərin pasportlarına möhür vurulmayacaq – RƏSMİ

Artıq turistlərin pasportlarına möhür vurulmayacaq – RƏSMİ
19 İyun 2019 - 14:33

İran Prezidentinin göstərişi ilə xarici turistlər bundan sonra pasportlarına möhür vurulmadan və qeyd olunmadan bu ölkəyə səfər edə bilərlər.

ONN media xəbər ki, bunu İran dövlətinin sözçüsü Əli Rəbii Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin göstərişi ölkə daxilində bütün aeroportlarda icra olunacaq.

Sözçü əlavə edib ki, ABŞ-ın iqtisadi savaş siyasəti nəzərə alınarsa, hər bir turistin İrana səfər etməkdən çəkinməsi və ya səfər etdiyi halda sanksiya ilə üzləşməsi mümkündür.

İran bu yolla ölkəyə gələn turistlərin sayını artırmaq istəyir.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP