Astroloq vaxt qoydu: Putin devriləcək, müharibə bitəcək

Ukraynada müharibə hərbi və siyasi proseslərin birləşməsi nəticəsində bitəcək.

ONN media xəbər verir ki, bunu ukraynalı astroloq Olqa Medvetskaya deyib.

Onun sözlərinə görə, söhbət Ukrayna ərazilərinin işğaldan azad edilməsindən və Rusiyada Putin rejiminin devrilməsindən gedir:

“Çox güman ki, bu, Ukrayna ərazisinin işğalçılardan hərbi yolla azad edilməsi və Rusiyanın güc strukturunun dəyişdirilməsinin kombinasiyası olacaq. Məsələn, aprelin sonu və mayın əvvəlində biz işğalçıları artıq ərazidən qovacağıq. Rusiyada Putinin idarəçiliyindən narazılıq olacaq və bu, böyüyəcək. Bu proseslər tez baş verməyəcək, vaxt aparacaq, amma mütləq olacaq. Çox güman ki, 2024-cü ilin noyabrından sonra”.