Atəşkəsi pozan erməni əsgər öldürüldü

İşğal altında olan Azərbaycan ərazilərində erməni əsgər ölüb.

ONN media Ermənistan mətbuatına istinadən xəbər verir ki, fevralın 7-də işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda atəşkəs rejimini pozan 1998-ci il təvəllüdlü Hayk Kalantaryan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.