ONN İnformasiya Agentliyi

Avropa Birliyindən Rusiyaya “Navalnı SANKSİYASI”

Avropa Birliyindən Rusiyaya “Navalnı SANKSİYASI”
22 Fevral 2021 - 23:29

Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri müxalifət lideri Aleksey Navalnının həbsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bağlı qərar veriblər.

ONN media  xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borel açıqlama verib.

Borel bildirib ki, Rusiya AB-dən uzaqlaşıb:

“Navalnının vəziyyəti ilə əlaqədar olaraq, onun həbsində və cəzalandırılmasında cavabden olan şəxslər daxil olmaqla, Rusiya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün siyasi qərar verdik”.

“Məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün AB-nin 2020-ci ilin dekabrında başlatdığı Qlobal İnsan Hüquqları Sanksiyalar Rejimini ilk dəfə tətbiq etdik. Sanksiyaların hazırlanması prosesi bu gündən etibarən başladı. Konkret təkliflər verildi və tədbirlərin bir həftə ərzində hazır olacağını gözləyirəm. Rusiyada siyasi və mədəni haqları, azadlığı müdafiə edənlərə dəstəyimiz davam edəcək”, – deyə Borel bildirib.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png