Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq

Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq.

ONN media xəbər verir ki, belə bir bəyanatla bu gün Brüsseldə Almaniya kansleri Angela Merkel Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin Zirvə toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

“Biz Rusiyanın bu gün burada saziş imzalayacağımız “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə çox sıx münaaibətlərdə olduğunu bilirik”, deyə o, qeyd edib: “Şərq Tərəfdaşlığı” bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu bir tərəfdən həmin ölkələrdəki insanların həyat şəraitinin və demokratiyanın səviyyəsinin inkişafına xidmət edirsə, digər tərəfdən isə  bu həm də bizim təhlükəsizliyimizlə bağlı olan məsələdir. Bu səbəbdən də Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə imzaladığı sazişə görə çox məmnunam”.

A.Merkel əlavə edib ki, bu gün Azərbaycan və Ermənistanla da saziş imzalanacaq: “Düzdür, bu saziş Gürcüstan, Moldova və Ukrayna ilə imzaladığımız sazişdən müəyyən mənada fərqli olacaq və elə də aktiv intensiv olmayacaq. Buna baxmayaraq biz, bu ölkələrlə əməkdaşlıq edəcəyik. Bu ölkələrlə bağlı məsələlər bizim üçün aydındır. Çünki bu ölkələrin Rusiya ilə münasibəti daha sıx formadadır. Bu səbəbdən də biz bu gün keçiriləcək dialoqda həmin ölkələrdə hansı daxili siyasi vəziyyətinin olduğunu öyrənəcəyik”.