Avropa İttifaqı sanksiyanı uzadacaq

Avropa İttifaqı (Aİ) cümə axşamı (dekabrın 21-də) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadacaq.

ONNmedia “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Brüsseldəki mənbə bildirib.

Qərar iclas keçirilmədən qəbul ediləcək. Ötən həftə qeyri-formal şam yeməyində Avropa İttifaqına üzv ölkələrinin liderləri sanksiyaların yarım il uzadılmasını uyğunlaşdırıblar.

İndiki halda, sanksiyaların müddəti 2018-ci ilin yanvarın sonunda başa çatır.

Xatırladaq ki, Avropa İttifaqı 2014-cü ildə – Krımın Rusiyaya birləşdirilməsi və Donbasda vəziyyətin gərginləşməsindən sonra Moskvaya qarşı məhdudlaşdırıcı ölçüləri daxil edib.