Avropanın mədəniyyət paytaxtı bəlli oldu

Serbiyanın Novi Sad şəhəri 2022-ci ildə Avropa mədəniyyətinin paytaxtı seçilib.

ONN media xəbər verir ki, Voyvodina muxtar vilayətinin inzibati mərkəzi olan Novi Sad Serbiyanın ikinci ən böyük şəhəridir. 

Şəhərin əsası 1694-cü ildə qoyulub və Osmanlı imperiyasının dövründə Avstriya-Macarıstan ərazisində Serbiya mədəniyyətinin mərkəzi sayılıb.

Dunay çayının hər iki sahilində yerləşən şəhəri ölkədə “Serbiya Afinası” adlandırırlar.