Avstraliyada maraqlı hadisə baş verib

 ONN medianın məlumatına görə, federal hökumətə məxsus gizli məlumatların yer aldığı sənədlər səhvən satılıb. Bildirilir ki, sənədlərin olduğu seyfin qapısı açılmadığından rəsmilər onu lazımsız olduğunu düşünərək, hökumətə məxsus əşyaların satıldığı dükanda satışa çıxarıb.

Seyfi alan şəxs isə gizli sənədləri "Ey-Bi-Si" televiziyasına təqdim edib. Televiziyanın gizli məlumatları yayması məsələnin üstünün açılmasına səbəb olub. Gizli məlumatlar keçmiş baş nazir Kevin Raddın hakimiyyəti illərində 4 dövlət işçisinin ölümünə dair detalları, Avstraliyanın müttəfiqləriylə təhlükəsizlik əlaqələrini və digər vacib məsələləri əhatə edir. Polis hadisə barədə araşdırma aparır.