Avtobus 70 metr hündürlükdən dərəyə aşdı: 21 nəfər öldü

Boliviyanın mərkəzi hissəsində avtobusun dərəyə aşması nəticəsində 21 insan həlak olub.

ONN media  xəbər verir ki, ölənlərin sayının artacağı istisna edilmir. İlkin məlumata görə, avtobusda ümumilikdə 45 sərnişin olub.

Koçabambadan yola çıxan sərnişin avtobusunun 70 metr hündürlükdən dərəyə düşdüyü bildirilir. Qəzanın səbəbi hələlik müəyyənləşməyib.