Avtomobil ikinci mərtəbəyə girdi – QƏZA

ONN media xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Sanda Baş şəhərində, xilas ediciləri belə təcübləndirən bir qəza baş verib. Belə ki, sürətlə gələn avtomobil əsas yoldan çıxaraq qarşıda duran bir binanın ikinci qatında yerləşən diş həkiminin ofisinə girib. Qəzada iki nəfərin yüngül şəkildə yaralandığı bildirilir.

 Hadisə yerinə gələn polis və xilas edicilərin belə qəzanın yaratdığı mənzərə marağına səbəb olub.