ONN İnformasiya Agentliyi

Ayvazyan Moskvaya gedir

Ayvazyan Moskvaya gedir
03 Dekabr 2020 - 18:35

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvaya işgüzar səfər edəcək.

ONN media  xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Ermənistan xarici işlər nazirinin Moskvaya gözlənilən səfərinin təfərrüatlarını və gündəmini açıqlayıb.

“Ümid edirik ki, Moskvada keçiriləcək danışıqlar Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, – Zaxarova deyib.

Sözçünün verdiyi məlumata görə, Ermənistan və Rusiya Xarici İşlər Nazirliklərinin rəhbərləri beynəlxalq və regional məsələləri, ikitərəfli əlaqələrin bütün spektrini müzakirə edəcəklər. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli bəyanatının icrasına, infrastrukturun bərpasında humanitar yardım göstərilməsinə, nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasına xüsusi diqqət yetiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png