Azərbaycandan Rusiyaya yeni təyyarə reysi açılır

Rusiyanın “NordStar” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə əldə edib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin Aaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Sənəddə bildirilir ki, “NordStar” həftədə bir dəfə olmaqla Samara-Bakı reysi ilə müntəzəm sərnişin daşınması üçün icazə alıb.