ONN İnformasiya Agentliyi

Azərbaycanın 4 şəhərində aksiya keçirildi

Azərbaycanın 4 şəhərində aksiya keçirildi
20 Fevral 2024 - 13:49

Təbriz, Ərak, Urmiya və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri aksiya keçiriblər.

ONN media xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Nazirliyin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqaüdçülər “Vədləriniz yaxşıdır, ancaq hamısı yalandır”, “Haqqımızı almayınca, susmayacayıq”, “Süfrələrimiz boşdur” və başqa bu kimi şüarlar səsləndiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png