Azərbaycanlının da olduğu haker qrupu – Bankdan 1 milyon oğurladı

Ukraynanın “Bank kredit Dnepr” bankı haker hücumuna məruz qalıb.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, hakerlər Çində yerləşən bankomat vasitəsilə Ukrayna bankından təxminən 1 milyon dollar çıxarıblar. Hadisə ötən ilin aprelində baş verib.
Faktla bağlı Ukrayna Baş Prokurorluğu araşdırmaya başlayıb. Şübhəli şəxslər siyahısında Ukrayna, Rusiya, Ermənistan və Azərbaycan vətəndaşları var.