ONN İnformasiya Agentliyi

Putin: “Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər”

Putin: “Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər”
18 Yanvar 2018 - 14:07

ONN media-nın  APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar quruma üzv ölkələrin dövlət başçılarına müraciətində deyib.

"Avrasiya İqtisadi İttifaqı ilə Müstəqil Dövlətlər Birliyinin daha dərin əlaqələndirilməsi imkanlarının öyrənilməsini məqsədəuyğun hesab edirik. MDB-nin bəzi iştirakçı ölkələri Avrasiya iqtisadi Birliyində müşahidəçi ola bilərlər", – deyə Rusiya prezidenti vurğulayıb.

V. Putin müraciətində Avrasiya İttifaqına üzv ölkələrin regionlararası və sərhədyanı əməkdaşlığının gələcəkdə dərinləşməsinə önəm verdiklərini qeyd edib: "Bununla biz inteqrasiya prosesinə əlavə impuls verəcəyik, üzv ölkələrin regionlar səviyyəsində daha sıx əməkdaşlığını təmin etmiş olacağıq".

 

 
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png