ONN İnformasiya Agentliyi

Azərbaycan vətəndaşları qayıqla ABŞ-a girmək istədi

Azərbaycan vətəndaşları qayıqla ABŞ-a girmək istədi
30 Noyabr 2017 - 19:52

ABŞ-ın Florida ştatının sahil mühafizə və sərhəd polisi qüvvələri Vest Palm-Biç şəhəri sahillərində içərisində 24 nəfərin olduğu 25 futluq qayığı ələ keçirib.

ONN media Virtualaz.org-a istinadən xəbər verir ki, sahildən 9 mil uzaqlıqda keçirilən əməliyyat zamanı Birləşmiş Ştatlar ərazisinə qeyri-leqal daxil olmaq istəyən bir qrup xarici ölkə vətəndaşları saxlanılıb. Onların arasında Azərbaycan vətəndaşları da var.

Federal rəsmilər bildiriblər ki, qayıqdakılar əvvəlcə həbsxanaya aparılıb, daha sonra onlardan 6-nın barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar insan qaçaqçılığını təşkil edən iki nəfər, o cümlədən qayığın kapitanı, habelə əvvəllər törətdikləri cinayətlərə görə ABŞ ərazisinə daxil olması qadağan edilən 4 xarici vətəndaşdır.

Qayığın göyərtəsində Haiti, Ekvador, Çin, Boliviya, Azərbaycan və Dominikan Respublikası vətəndaşları olublar. Saxlanılanlardan 4-ü deportasiya edilib. Qayığın kapitanı iddia edib ki, sərnişinləri Atlantik okeanında hansısa gəmidən özünün sınıq-salxaq qayığına mindirib və ABŞ-a tərəf üzüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png