ONN İnformasiya Agentliyi

Azərbaycandan bunu gözləyirik- PAŞİNYAN

Azərbaycandan bunu gözləyirik- PAŞİNYAN
25 May 2023 - 23:16

Bu gün biz regional kommunikasiyaların iş rejimində blokdan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik.

ONN media xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

O bildirib ki, Ermənistanın həqiqətən bunda maraqlı olduğunu vurğulamaq istəyir:

“Biz ölkəmizin suverenliyinə və yurisdiksiyasına əsaslanan bütün nəqliyyat-iqtisadi əlaqələri və kommunikasiyaları blokdan çıxarmağa başlamağa hazırıq. Mən bu mövqeyi bir daha təsdiqləmək istəyirəm ki, həm Ermənistanın sərhəd, həm də gömrük xidmətləri bütün nəqliyyat vasitələrinin, xüsusən də qatarların Ermənistan ərazisindən normal keçməsini təmin etməyə hazırdırlar.

Biz gözləyirik ki, Azərbaycan dəmir yolu yüklər üçün açıq olacaq, Azərbaycandan keçməklə Rusiya Federasiyasına və İrana Ermənistan qatarları gedəcək.

Biz bu məsələnin paritet əsasda, ölkələrin suverenliyi və yurisdiksiyası əsasında həllini gözləyirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png