ONN İnformasiya Agentliyi

Azərbaycanlı xanım Tallinin vitse-meri oldu – FOTO

Azərbaycanlı xanım Tallinin vitse-meri oldu – FOTO
10 Noyabr 2017 - 17:06
Tallin şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib.
ONN media Azərtac-a istinadən xəbər verir ki, iclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib. Onların sırasında həmvətənimiz, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.
Z.İzmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png