ONN İnformasiya Agentliyi

Azərbaycanlıları ziyarətə aparan avtobus yandı

Azərbaycanlıları ziyarətə aparan avtobus yandı
10 Oktyabr 2019 - 14:42

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus elektrik naqillərinin toxunması nəticəsində yanıb.

ONN media xəbər verir ki, bunu İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri deyib.

İ.Qənbərinin sözlərinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın yaralanıb. Yanğın nəticəsində avtobusun 30%-i yanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png