Babacanın yaxın adamı niyə istefa verdi?

Türkiyədə DEVA Partiyasının sədr müavini İkram Dinçer vəzifəsindən istefa verib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İ.Dinçər istefa qərarının səbəbini Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərindən sonra açıqlayacağını bildirib.

Bununla yanaşı, Dinçərin Tvitter profilinə “23-cü dövr AKP millət vəkili” ifadəsini əlavə etməsi də diqqət çəkib.

Qeyd edək ki, DEVA Partiyasının sədri Əli Babacandır.