ONN İnformasiya Agentliyi

Babçenko: Ukrayna bombalanacaq, böyük xaos yaranacaq

Babçenko: Ukrayna bombalanacaq, böyük xaos yaranacaq
08 Aprel 2021 - 9:40

Rusiya ordusunun genişmiqyaslı hücumu Ukraynanın böyük ərazisinin bombardman edilməsi ilə nəticələnəcək.

ONN media  xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Arkadi Babçenko deyib.

Onun sözlərinə görə, Moskva üçün əsas məsələ xaos və Avropanı qorxudan böyük qaçqın kütləsi yaratmaqdır. Məhz bunun nəticəsində Qərb Kiyevdə rusyönümlü hökumətə razı olacaq:

“Ukraynanın bütün ərazisinə zərbə endiriləcək. Bu, Donbasda baş verənlərin (2014-cü ildə – red.) eynisi olmayacaq”.

Babçenko əlavə edib ki, Rusiya Belarus və Ukraynanın “bufer zona” kimi saxlanılması üçün əlindən gələn hər şeyi edəcək.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png