ONN İnformasiya Agentliyi

“Bağçalını Beştəpəyə dəvət etdim, cavab gözləyirəm” – Ərdoğan

“Bağçalını Beştəpəyə dəvət etdim, cavab gözləyirəm” – Ərdoğan
09 Yanvar 2018 - 19:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Bağçalını Beştəpədə yerləşən iqamətgahına dəvət etdiyini bildirib.

ONN media-nın məlumatına görə, “Bağçalı ilə nə vaxta görüşəcəksiniz?” sualına Ərdoğan “MHP lideri Bağçalını Beştəpəyə dəvət etdim. Cavab gözləyirəm. Xeyirli olsun” deyib.

“Seçkilər ərəfəsində Bağçalının yerli və milli mövqeyini xüsusilə vurğulamaq lazımdır. Bu yerli və milli mövqe ilə birlikdə inanıram ki, ölkəmizdə bizi bölmək, ayırmaq istəyənlər hədəflərinə çatmayacaqlar. Bizlər 7 avqust ruhunu yaşamaqda qərarlıyıq. Birləri deyir ki, “o, nə deyər, bu nə deyər”. Biz nə deyərik, əsl vacib olan budur. Cənab Bağçalı ilə görüşərik, ölkəmizin dərdlərini də müzakirə edərik. Uzlaşma qanunlarının hazırlanması ilə də dostlarımız məşğul olar, birlikdə addımlarıq” – Ərdoğan belə deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png