ONN İnformasiya Agentliyi

Bakıya kimi dəmiryol xətti uzanacaq?-Ərdoğan açıqladı

Bakıya kimi dəmiryol xətti uzanacaq?-Ərdoğan açıqladı
23 May 2023 - 22:36

Yüksək sürətli dəmiryol xəttindən Türkiyənin digər bölgələri də faydalanacaq.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kayseridə mitinqdə çıxışı zamanı deyib.

“Bu xətti Ərzincana, Ərzuruma, Ağrıya qədər uzadacağıq. İnşallah, oradan Bakı-Tiflis xəttinə birləşdirəcəyik. Yəni, bu xətlə dünya miqyasında strateji “nəfəs borusu” açacağıq. Yəni Londandan çıxan biri ölkəmiz üzərindən Pekinə qədər gedə bilər. Əlbəttə, bütün bunları CHP rəhbəri kimi Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik. Necə ki, 30 il sonra Qarabağı azad etdiksə, hər sahədə əməkdaşlığı gücləndirdiksə, azərbaycanlı qardaşlarımla infrastrukturumuzu da birləşdirəcəyik”, – deyə dövlət başçısı bildirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png