Bara hücum edildi – 26 ÖLÜ

Meksikanın Verakrus ştatındakı Koatsakoalkos şəhərində olan bara edilən hücumun nəticəsində 26 nəfər həlak olub.

ONN media bildirir ki, bu barədə regionun Baş prokurorluğu bildirib.

Məlumata əsasən, ölənlərin sayı 10 nəfər qadın və 16 kişi olmaqla 26 nəfərdir, daha 11 nəfər xəsarət alıb.

Bildirilir ki, hücumda ən azı 10 nəfər iştirak edib.

Verakrus qubernatorun sözlərinə görə, iddia edilən hücumun təşkilatçısının şəxsiyyəti müəyyən edilib.