Baş memar barəsində 10 sutka həbs cəzası verilib

Mahaçqalanın Sovetski rayon məhkəməsi şəhərin baş memarı Məhəmməd Rəsul Gitinov barəsində 10 sutka həbs qətimkan tədbiri seçib.  

ONN medianın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ona qarşı ittiham irəli sürüləcəyi təqdirdə həbs avtomatik olaraq 2 ay müddətinə uzadılacaq.   Gitinovun vəkilləri məhkəmə qərarından şikayət vermək niyyətindədirlər.  

İstintaqın materiallarına əsasən, 2015-ci ilin fevralında M.Gitinov vəzifə səlahiyyətini aşaraq, 12 mərtəbəli yaşayış binasının inşa ediləcəyi 600 kv. metrlik ərazinin şəhərsalma planını tərtib edib. Tikinti ərazisinə Mahaçqala sakininə məxsus torpaq sahəsinin bir hissəsi binanın planına daxil edilib. Həmin sakinin iddiası əsasında yaşayış binasının təməli uçurdulub, bu səbəbdən şəhər administrasiyasına 4 mln. rubl ziyan dəyib.