ONN İnformasiya Agentliyi

Baş nazir: “Afrində 300-ə yaxın terrorçu zərərsizləşdirilib”

Baş nazir: “Afrində 300-ə yaxın terrorçu zərərsizləşdirilib”
25 Yanvar 2018 - 14:46

Afrində "Zeytun budağı" əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib.

ONN media Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, bu əməliyyat, həmçinin Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır.

B.Yıldırımın sözlərinə görə, "Zeytun budağı" əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png