Baş nazir: İŞİD məğlub oldu

İraqın baş naziri Heydər əl-Abadi ölkədə İŞİD terror qruplaşmasının hərbi məğlubiyyətə uğradığını bəyan edib.

ONN media-nın xəbərinə görə, bu barədə NRT nəşri yazır.

Baş nazir bununla belə qeyd edib ki, ölkədəki siyasi fikir ayrılığı İŞİD-ə yeni terror aktları törətməyə imkan yaradacaq.

Bundan əvvəl İran prezidenti Həsən Ruhani İŞİD yaraqlılarının məğlub edildiyini bildirib.