Başına 1 milyon pul qoyulmuşdu, könüllə təslim oldu

Türkiyədə başına külli miqdarda pul qoyulmuş terrorçulardan biri könüllü təslim olub.

ONN media  xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Hakkaridə könüllü olaraq təslim olan terrorçunun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi pul ayrılmışdı. Hələlik terrorçunun adı ictimailəşdirilməyib.

Qeyd edək ki, Türkiyənin şərq və cənub-şərq bölgələrində PKK terrorçuları ilə bağlı aparılan təşviqat-təbliğat işi nəticəsində son 1 ildə onlarla terrorçu silahı könüllü olaraq yerə qoyub.