Baxçalıdan İsveçlə bağlı SƏRT AÇIQLAMA

Bu şərtlər altında İsveçin NATO-ya üzvlük məsələsi TBMM-də təsdiqlənməyəcək.

ONN media xəbər verir ki, bunu Millətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Dinimizə, dilimizə, dəyərlərimizə, Türkiyə hədəflərinə xəyanət və hörmətsizliyin mütləq nəticəsi olacaq. Bu nəticəyə nail olmaq üçün deyirəm: “Əziz millətim, növbə sizdədir. Dinin sahibi Allahdır. İnanırıq ki, İslam dünyası batil, küfr və səlibçi əməllər törədənlərə vaxtı gəldiyində mütləq cavab verəcək”, – partiya sədri bildirib.