Baydendən Çinə böyük jest

ABŞ Prezidenti Co Bayden Çindən ixrac olunan məhsullara tətbiq olunan gömrük rüsumlarının ləğv edilməsini planlaşdırır.

ONN media xəbər verir ki, bu barədə “Voll Strit” jurnalı məlumat yayıb.

Qeyd olunub ki, Bayden ölkədə inflyasiyanın yumşaldılması məqsədilə sözügedən addımı atacaq. Rüsumların ləğvi geyim və məktəb ləvazimatları, iki istehlak məhsullarına şamil edilə bilər.