ABŞ Prezidenti Cozef Bayden Azərbaycana hərbi yardım edilməsinə izn verib.
ONN media xəbər verir ki, bu məlumatı “Hill” qəzeti yayıb. Məlumata görə, Bayden 907-ci düzəlişin tətbiqinin dayandırılmasının uzadılmasıyla bağlı Konqresi məlumatlandırıb.
Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilib. Sənəd Azərbaycana ABŞ tərəfindən hər cür yardımı qadağan edir.
Düzəliş 2001-ci ildən etibarən tətbiq olunmur.