Bensu Soral formada qalmaq üçün bunları edir

Türkiyəli aktrisa Bensu Soral “Alem” jurnalının üz qabığına çəkilib.

ONN media  xəbər verir ki, aktrisa nəşrə müsahibəsində formada qalmasının sirrini açıb.

O, hər gün saat 05:00-da yuxudan oyandığını bildirib:

“Hər səhər möhtəşəm enerji ilə oyanıram. Kitab oxuyuram, maraqlandığım mövzuları araşdırıram. Daha sonra idman edirəm, yürüyüşə çıxıram. Bunları tətildə belə olsam, hər gün mütləq edirəm”.