Bıçaqla silahlanmış şəxs 5 uşağı yaraladı

Çinin cənubundakı Haynan əyalətində bıçaqla silahlanmış şəxs məktəblərin birində uşaqlara hücum edib.

ONN media xəbər verir ki, hadisə nəticəsində 5 uşaq yaralanıb.

Yaralı uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatına heç bir təhlükə olmadığı deyilir.

Polis artıq hücum edən şəxsi saxlayıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.