Birləşmiş Ərəb Əmirlikləri ikinci peykini buraxacaq

Birləşmiş Ərəb Əmirlikləri fəzaya ikinci peykini buraxmağa hazırlaşır.

ONN media xəbər verir ki,, “Al-Saqr 2” peyki hərbi məqsədlər üçün istifadə olunacaq.

Qeyd olunur ki, bu peyk bir müddət əvvəl uğursuz buraxılmış “Al-Saqr 1” peykinin missiyasını təkrarlayacaq.

“Al-Saqr 1” peyki uğursuz buraxılış nəticəsində orbitdə itirilmişdi.(trend)