BMT-də Liviya üçün ÖNƏMLİ QƏRAR

BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı tətbiq edilən silah embarqosuna riayət edilməsini və muzdluların ölkədən çıxarılmasını tələb edən qətnamə qəbul edib.

ONN media  xəbər verir ki, Təhlükəsizlik Şurası eyni zamanda, Liviyaya Dəstək Missiyasının səlahiyyət müddətini 15 sentyabr 2021-ci il tarixinədək uzadılmasını qərara alıb.

Digər tərəfdən, diplomatik qaynaqlardan əldə edilən məlumata görə, BMT-nin Liviya üzrə xüsus təmsilçisi vəzifəsinə bolqar diplomat Nikolay Mladenovun gətirilməsi planlaşdırılır. Qananın sabiq Xarici İşlər naziri Hanna Server Tettehin də bu vəzifə üçün adı hallanır.