BMT-nın Baş katibi yeni il ərəfəsində dünyanı birliyə çağırdı

BMT-nın Baş katibi Antoniu Quterreş yeni il ərəfəsində xəbərdarlıq ilə dünya ictimayyətinə müraciət edib.

ONN media RİA “Novosti”-yə istinadən xəbər verir ki, müvafiq videoçağırış təşkilatın YouTube-kanalında yerləşdirilib.

"Mən səlahiyyətlərimin icrasına başlayanda 2017–ci ili sülh ili elan etməyə təklif etdim. Təəsüf ki, dünya əks istiqamətdə hərəkət etməyə başladı."

Onun sözlərinə görə, münaqişələr mürəkkəbləşib, yeni təhükələr peydə olub, nüvə qarşıdurmasının mümkünlüyü isə Soyuq Müharibə dövrünü yada salmağa vadar edib. "Biz insan hüquqların dəhşətli şəkildə pozulmasının şahidi olduq. Millətçilik və ksenofobiyanın güclənir," —deyə A.Quterreş vurğulayıb.

O, dünyanı 2018-ci ildə birliyə çağırıb. Baş katibin qənaətinə görə, bəşəriyyətin əsas məqsədləri arasında varlılarla kasıblar arasında boşluğun azaldılması, ölkələr arasında fikir ayrılıqların aradan qaldırılması, ümumi məqsədlərin formalaşması və etibarın bərpası olmalıdır. (report)