BMT Trampın Qüds qərarını ləğv etdi – ABŞ şokda

BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı ləğv edilib.

ONN media Axar.az-a istinadən xəbər verir ki, qətnamənin lehinə 128, əleyhinə 9 səs verilib.

35 ölkə isə bitərəf qalıb.

Beləliklə, Trampın qərarının beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi qəti şəkildə ortaya qoyuldu.