Boris Conson mağazada döşəmə sildi

Britaniyanın Baş Naziri Boris Conson Metlok şəhərinə gedib.

ONN media xəbər verir ki, daşqından ziyan çəkənlərin evlərini ziyarət edən nazir təbii fəlakət nəticəsində 1 nəfər qadının öldüyü mağazaya da baş çəkib. Conson təbi fəlakətin zərərlərinin aradan qaldırılması üçün hökumətin 2,6 milyard avro vəsait ayırdığını bildirib. Daha sonra o, binanın girişindəki döşəməni silməyə başlayıb.