Böyük Britaniyanın xarici işlər nazirinin ATA BABASI TÜRK OLUB

Britaniyanın XİN başçısı Boris Consonun ata babası Osmanlı imperiyasında daxili işlər naziri olub.

ONN media  vz.ru-ya istinadən xəbər verir ki, B.Consonun ata babası Osmanlı imperiyasının son dönəmlərindəki daxili işlər naziri Ali Kamal olub.

Moskva səfəri zamanı Böyük Britaniyanın XİN başçısı Boris Conson özünü ruspərəst hesab edərək deyib ki, əcdadları əslən Moskvadan olub: “Əminliklə deyə bilərəm ki, mən Böyük Britaniyada ilk xarici işlər naziriyəm ki, adım Borisdir”.

B.Conson həmçinin, əcdadlarının Almaniya və Amerikada olduğunu da dilə gətirib.

Vz.ru isə tarixi sənədlərə istinad edərək yazır ki, Boris Conson ata xətti ilə türkdür və onun ata babası Osmanlı imperiyasının son dönəmlərində daxili işlər naziri olan Ali Kamal olub. Ana tərəfdən isə litvalıdır. Belə ki, onun ana tərəfi Litvanın Kalvariya şəhərindən getmədir.