ONN media

Bred Pit Ancelinadan niyə boşandı?- İlk dəfə açıqladı

Bred Pit Ancelinadan niyə boşandı?- İlk dəfə açıqladı
05 Sentyabr 2019 - 13:35

Bred Pittin Ancelina Coli ilə boşanmasına səbəb olan alkoqol asılılığını görünür.

ONN media xarici mətbuata istinadən xəbər verir ki, “The New York Times”a verdiyi müsahibədə aktyor anonim içki düşkünlərinin toplandığı terapiyaların ona kömək etdiyini etiraf edib. O, il yarım ərzində bu görüşlərə gedib və digər asılı insanlarla söhbət edib.

“Özüm üçün mümkün olan maksimum nəticəni əldə etdim. Yanımda başqa insanlar oturmuşdu. Onlar açıq və vicdanla əvvəllər eşitmədiyim hadisələri nəql edirdi. Hamımızın şəxsi həyat toxunulmazlığı təmin olunmuşdu” , – deyə aktyor anonim içki düşkünləri icması haqqında danışarkən qeyd edib.

“Yeri gəlmişkən, sözügedən icma aktyorun şəxsi həyatının toxunulmazlığını təmin edib. Qrupda heç kim Bred Pittin hekayəsini tabloidlərə satmayıb.

“Mənim üçün terapiya əsl azadlığa və pis tərəflərinin ifşa olunmasına çevrildi. Bu, çox dəyərlidir” , – deyə Bred əlavə edib.

Xatırladaq ki, Ancelina Coli təyyarədə bir ailə mübahisəsindən sonra, 2016-cı ilin sentyabrında boşanma iddiası qaldırdı. Pittin baş verənlərdən sonra hələ də ünsiyyətdə olmadığı oğlu ilə Maddoks ilə mübahisə etdiyi, hətta ona əl qaldırdığı iddia edilmişdi.

Boşanma prosesinin başlamasından bir neçə ay sonra Bred “Ulduzlara” (Ad Astra) filmində çəkilməyə razı oldu. Aktyorun sözlərinə görə, o, şəxsi problemlərini qəhrəman obrazına sərmayə qoyub. O, sözlərinə belə davam edib:

“Ailə problemlərim var idi. Bu mövzunu açmamağa üstünlük verirəm. Fakt budur ki, hər birimiz ağrı, kədər və itki yaşayırıq. Həyatımızın çox hissəsini onları içimizdə gizlətməklə keçiririk. Hər halda açmağa dəyər”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png