Bredd Pit yeni eşq yaşayır

55 yaşlı Hollivud aktyoru Bred Pitt “Yavaş inkişaf” serialı ilə tanınan aktrisa Aliyə Şövkətlə eşq yaşayır.

ONN media xəbər verir ki, bu barədə “Blast” nəşri yazıb.

Aktyorla sevgilisi arasında 25 yaş fərq var. Aprelin 18-də A. Şövkətin 30 yaşı tamam olub. Cütlük tez-tez müxtəlif tədbirlərdə bərabər görüntülənsə də, ehtimal olunan sevgi romanını şərh etmir.

Aliyə Şövkət ABŞ-ın Kaliforniya ştatının Riversayd şəhərində Dina Börk və İraqın Bağdad şəhərindən olan ərəb aktyor Toni Şövkətin ailəsində doğulub.