ONN İnformasiya Agentliyi

Britaniyada yeni çiyələk növü yetişdirilib

Britaniyada yeni çiyələk növü yetişdirilib
21 Yanvar 2023 - 8:30

Böyük Britaniyanın “Marks & Spencer” şirkəti yeni hibrid çiyələk yetişdirib.

Ağ çiyələk qırmızı çiyələyə tam bənzəsə də, dadı çox fərqlidir.

İstehsalçılar qeyd ediblər ki, yeni növ çiyələk ananas və vanil qarışıqlı şirin dada malikdir.

“Ağ çiyələklərimizin mükəmməl ölçüsünə və keyfiyyətinə nail olmaq üçün ənənəvi çiyələk növü ilə bərabər Yapon ağ çiyələk toxumlarından da istifadə etdik. Biz yeni məhsulumuzu Yaponiyadakı fermerlərlə bərabər təbii mühitdə yetişdirmişik”, – deyə istehsalçılar qeyd ediblər.

Əlavə edək ki, ağ çiyələyin 200 qramı müştərilərə 5 dollara (8 manat 50 qəpik) təqdim edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png