ONN İnformasiya Agentliyi

Brüssel görüşü: Qazaxın 7 kəndi və Kərki qayıdır – Qalstyan

Brüssel görüşü: Qazaxın 7 kəndi və Kərki qayıdır – Qalstyan
23 May 2022 - 16:33

Azərbaycanın Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları Bakının nəzarətinə keçir.

ONN media  xəbər verir ki, bunu erməni türkoloq Varujan Qalstyan Brüsseldə keçirilmiş üçtərəfli görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan “artsax”ın “statusu” uğrunda mübarizə aparmaqdan birdəfəlik imtina etdiyini təsdiqləyib:

“Görüşdən sonra yayımlanan bəyanatda status haqqında heç bir söz yoxdur, yalnız “Qarabağ regionunda etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” qeyd edilir. Ermənistanın “artsax” daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sülh müqaviləsi hazırlanır. Bu səbəbdən yalnız həmin müqavilə kontekstində Qarabağdakı ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” məsələsi qeyd edilir”.

O, həmçinin tərəflərin “Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplər” baradə razılığın əldə edilməsinin mahiyyətini açıqlayıb:

“Bu qeyri-müəyyən ifadə faktiki olaraq Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları (Qazax rayonuna aid 7 kənd və Sədərək rayonunun Kərki kəndi) Azərbaycana təhvil verəcəyi anlamına gəlir. Yəni ərazi Azərbaycana təhvil veriləcək və ondan sonra biz oradan xüsusi icazə ilə keçə biləcəyik. Burada Gorus-Qafan yolununu xatırlamaq yerinə düşər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png